Aldehidlərdə optiki izomerlik 2-metilbutanaldan başlanır. Onun molekulunda üçlü karbon atomu 4 müxtəlif atom və atomlar qrupu (-H, -CH3, -CHO, -C2H5) ilə birləşdiyi üçün o, iki optik izomer şəklində mövcuddur:
Ketonları Beynəlxalq nomenklatura ilə adlandırmaq üçün molekulda >C=0 qrupunun karbon atomu da daxil olan əsas zəncirin karbon atomlarının sayına uyğun müvafiq alkanın adına "-on" şəkilçisi əlavə edilir:
C5H10O tərkibli ketondan başlayaraq oksigen atomunun birləşdiyi karbon atomunun nömrəsi göstərilir. Zəncirdə karbon atomlarının nömrələnməsi >CO qrupu yaxın olan ucdan başlanır:
Səmərəli adlandırma zamanı >CO qrupuna birləşmiş radikalların adları və "keton" sözü deyilir; bu zaman əvvəlcə kiçik, sonra böyük radikalın adı deyili:
Ketonlarda siniflərarası izomerlik homoloji sıranın birinci üzvündən, sinifdaxili izomerlik isə üçüncü üzvündən (C5H10O) başlayır.