Səmərəli adlandırma üsulunda aldehidlərə sirkə aldehidinin törəmələri kimi baxılır: məsələn, yuxarıda göstərilən 2-metilpropanal dimetilsirkə aldehidi adlanır. Lakin bu üsuldan az istifadə olunur.
Aldehidlərin trivial adlan onların oksidləşərkən çevrildikləri karbon turşularının tarixi adlarından götürülür: qarışqa aldehidi, sirkə aldehidi, propion aldehidi və s.
İzomerliyi. Aldehidlərdə sinifdaxili quruluş izomerliyi aldehid qrupunun birləşdiyi karbon zəncirinin quruluşu ilə əlaqədardır və homoloji sıranın dördüncü üzvündən başlayır:
Doymuş aldehidlər eyni sayda karbon atomuna malik ketonlarla siniflərarası izomerlik təşkil edir: