Spirtlər və fenollar kimi aldehidlər də oksigenli üzvi birləşmələrə aiddir. Aldehidlərdə funksional qrup
aldehid qrupudur:
• Aldehidlər molekullarında karbohidrogen radikalı ilə birləşmiş aldehid qrupu olan üzvi
maddələrdir.
Aldehidlərdən yalnız qarışqa aldehidində aldehid qrupu karbohidrogen radikalı ilə deyil, hidrogen atomu
ilə birləşmişdir:
R-CHO |
H-CHO (qarışqa aldehidi) |
Aldehidlər karbohidrogen radikalının təbiətinə görə təsnif olunur.
>C=O qrupu karbonil qrupu adlanır.
Karbonil qrupu ketonların funksional qrupudur.
Molekullarında iki karbohidrogen radikalı ilə birləşmiş karbonil qrupu olan
üzvi maddələr ketonlar
adlanır; məsələn: