Fenol karbonat turşusundan zəif turşu olduğundan karbonat turşusu fenolu onun duzlarından - fenolyatlardan sıxışdırıb çıxarır:
Benzol həlqəsinin daxil olduğu reaksiyalar. Molekulunda -OH qrupunun həlqəyə təsiri nəticəsində fenol benzoldan fərqli olaraq qızdırılmadan bromlu su (a) və nitrat turşusu ilə (b) əvəzetmə reaksiyasına daxil olur. Bu zaman b reaksiyasında 2,4,6- tribromfenol, b reaksiyasında isə 2,4,6-trinitrofenol əmələ gəlir:
Hidroksil qrupunun benzol nüvəsinə təsiri həmçinin fenolun formaldehidlə reaksiyasında da özünü göstərir. Belə ki, benzol formaldehidlə reaksiyaya daxil olmadığı halda, fenol otaq temperaturunda onunla polikondensləşmə reaksiyasına daxil olur və fenolformaldehid qatranı əmələ gətirir:
0,3 mol fenola 8 q natrium-hidroksidlə təsir etdikdə neçə qram natrium-fenolyat alınar? Mr(NaOH) = 40, Mr(C6H5ONa) = 116.