Fenollarda benzol həlqəsinin karbon atomlarının nömrələnməsi -OH qrupunun birləşdiyi karbon atomundan
başlanır və əvəzedici yaxın olan istiqamətdə aparılır.
Fenollardan böyük praktik əhəmiyyətə malik olanı fenoldur (C6H5OH).
Alınması. Fenol sənayedə, əsasən, 3 üsulla alınır:
1) kumolun (izopropilbenzolun) katalitik oksidləşməsindən ("kumol üsulu").
2) daş kömürün pirolizindən alman daş kömür qatranının distilləsindən;
3) xlorbenzolla natrium-hidroksidin qarşılıqlı təsirindən:
Fəaliyyyət • |
Fenol molekulunun quruluşu və fenolun fiziki xassələri. Qrafikdə eyni sayda
|
karbon atomlu benzol, fenol və tsikloheksanolun qaynama temperaturlarının molyar kütlələrindən asılılığı
verilmişdir. Benzol və fenol molekullarının polyarlığının, həmçinin fenol və tsikloheksan molekullarında
O-H rabitəsinin polyarlığının dəyişməsini nəzərə alaraq maddələrin qaynama temperaturlarının dəyişməsini
izah edin.
Müzakirə edin: |
- Nə üçün fenol molekulunda O-H rabitəsi su və ya etanol molekulundakından daha çox
polyardır?
|
Fiziki xassələri. Fenol xarakterik iyli, rəngsiz, kristal maddədir (tər.» 41°C). Soyuq suda az,
70°C-dən
yüksək temperaturda isə istənilən nisbətdə həll olur. Fenol zəhərlidir və dəridə gec sağalan
yaralar
əmələ gətirir.
Qeyd. O-H rabitəsinin yüksək polyarlığı nəticəsində fenol molekulları arasında güclü hidrogen
rabitəsi
əmələ gəlir. Ona görə də fenol nisbətən vüksək temperaturda (182°C) qaynayır.
Əli Quliyev
(1912-1989)
Azərbaycanın neft kimyaçısı
- Sürtkü, motor və digər yağların keyfiyyətini yüksəltmək məqsədilə aşqar (əlavə) kimi
alkilfenollar, onların duzları və s. tərkibli üzvi birləşmələri sintez etmişdir.