••• Dərsdən
SONRA |
"Qliserin və onun törəmələrinin xassələri və bu xassələrə əsaslanan tətbiq sahələri"
cədvəlini doldurun.
|
Fenol ilk dəfə daş kömür qatranının distillə məhsullarından
ayrılmışdır (XIX əsr). O, benzolun törəməsi və turşu xassələrinə malik olduğu üçün
ilk əvvəl "fenil turşusu" kimi adlandırılmışdır, çünki o zaman benzol "fen"
adlanırdı. Lakin FJerar (XIX əsr) onu "fenol" adlandırmağı təklif etmişdir.
|
|
Fenol (C6H5OH) fenolların ən sadə nümayəndəsidir.
Fenollar molekullarında benzol həlqəsinin karbon atomları ilə bilavasitə birləşmiş bir və ya bir neçə hidroksil qrupu olan aromatik karbohidrogenlərin törəmələridir. Hidroksil qruplarının sayından asılı olaraq fenollar biratomlu və çoxatomlu olur:
Orto, meta və para-krezollar da (2, 3 və 4-metilfenollar) fenollara aiddir (a).