Doymuş spirt |
Spirtin mol miqdarı |
Na ilə tam reaksiyasından ayrılmış H2-nin mol miqdarı |
Reaksiyadan alınmış natrium-alkoqolyatın kütləsi (q) |
X | 0,2 | 0,2 | 21,2 |
a. | 0,2 mol spirtdən 0,2 mol H2 qazının ayrılması onu göstərir ki, götürülən maddə ikiatomlu spirtdir: CnH2n(OH)2. Reaksiya tənliyindən natrium-alkoqolyatın molyar kütləsini hesablayaq: |
||||
b. | Alkoqolyatın molyar kütləsini karbon atomunun sayı - n ilə ifadə edərək n-i tapaq:
|
Deməli, spirtin formulu C2H4(OH)2-dir.
15,2 q doymuş ikiatomlu spirtə artıqlaması ilə götürülmüş Na metalı ilə təsir etdikdə 4,48 / (n.ş.) H2 ayrılmışdır. Spirt molekulunda hidrogen atomlarının sayını müəyyən edin.
Biratomlu spirtlərdən fərqli olaraq etilenqlikol qələvi mühitdə mis(II) hidroksidlə mis(II) qlikolyatın parlaq göy rəngli məhlulunu əmələ gətirir:
Bu reaksiya çoxatomlu spirtlərin təyini reaksiyasıdır.
Qeyd. Reaksiya məhsulu 2 etilenqlikol qalığından ibarət mis(II)-nin kompleks birləşməsidir. Tənlikdə birləşmənin tərkibi sadələşdirilmiş şəkildə verilmişdir.
Tətbiqi. Etilenqlikolun suda məhlulu 0°C-dən xeyli aşağı temperaturda donmadığından qışda avtomobil, traktor və s. mexanizmlərin radiatorlannda antifriz kimi işlədilir: məsələn, etilenqlikolun suda 67%-li məhlulu yalnız -75°C-də donur.
Ondan lavsan lifinin və dioksan həlledicisinin alınmasında, partlayıcı maddələrin, məsələn, dinitroqlikolun istehsalında istifadə edilir.
Reaksiya sxemlərini tamamlayın və hər bir reaksiyanın hansı reaksiya növünə uyğun olduğunu müəyyən edin.