Alınması. Laboratoriyada etilenqlikolu etilenin kalium-permanqanat məhlulu ilə oksidləşməsindən almaq olar:
Sənayedə etilenqlikol aşağıdakı üsullarla alınır:
- etilen-oksidin hidratlaşdırılmasından:
Fiziki xassələri. Etilenqlikol rəngsiz, şərbətəbənzər, şirin dada malik, özlü və çox zəhərli mayedir. O, -13,2°C-də donur, 197,6°C-də isə qaynayır. Etilenqlikolun yüksək temperaturda qaynaması və özlülüyü onun molekulunda olan -OH qruplarının daha güclü molekullararası hidrogen rabitəsi yaratması ilə əlaqədardır.
Etilenqlikol suda və etanolda yaxşı həll olur. Hər iki həlledicidə etilenqlikolun yaxşı həll olması etilenqlikol-su və etilenqlikol-etanol molekullan arasında hidrogen rabitəsinin əmələ gəlməsi ilə əlaqədardır.
Kimyəvi xassələri. Etilenqlikol qələvi metallarla, qələvilərlə, həmçinin üzvi və qeyri-üzvi turşularla qarşılıqlı təsirdə olur: