Sağlam həyat tərzinin formalaşdırılması və insan sağlamlığının möhkəmləndirilməsi problemləri müasir cəmiyyətin əsas tələbidir. Təqdim olunan rollu oyunun əsas məqsədi alkoqolun insan orqanizminə vurduğu ziyanı dərk etmək və etanoldan düzgün istifadə etdikdə onun cəmiyyətə verdiyi faydanı müəyyənləşdirməkdir.
(a) |
Dərsdən bir həftə əvvəl "məhkəmə iştirakçıları" təyin edilir.
|
(b) |
Rollar bölüşdürüldükdən sonra dərslikdəki materiallardan və digər
mənbələrdən istifadə
etməklə hər bir iştirakçı öz xeyrinə dəlil və sübutlar toplamalıdır. (Bu barədə
iştirakçılara əvvəlcədən tapşırıqlar verilir.)
|
Hakim qeyd edir ki, məhkəmə iclasında “İnsan orqanizminə vurduğu ziyana görə etanolun məsuliyyəti” işinə baxılır.
Bir çox peşə sahibləri etanolun insan orqanizminə vurduğu ciddi ziyan və cəmiyyətə mənfi təsiri ilə bağlı onun üzvi birləşmələr aləmindən çıxarılması barədə məhkəmə iddiası qaldırmışlar. Vəkilləri isə Etanolun cəmiyyət üçün böyük fayda verdiyini əsaslandırmağa çalışırlar.
Hakim növbə ilə iddiaçı, vəkil və şahidlərin fikirlərini səsləndirməyə şərait yaradır. Onlardan söylədikləri fikirləri dəlil və sübutlarla əsaslandırmağı xahiş edir.
Sonda Etanol hakimə müraciət edərək özünün insan həyatınm müxtəlif sahələrində: parfümeriya və ətriyyatda, təbabətdə, kimya sənayesi məhsullarının istehsalında və digər sahələrdəki (əsas tətbiq sahələri sadalanır) əhəmiyyətini nəzərə alaraq ədalətli qərar çıxarmasını xahiş edir.
Kimyaçı-alimin hakimliyi ilə keçirilən məhkəmədə iddiaçıların şikayətlərinə baxılaraq qərar çıxarılır.