7. Hidrogen-halogenidlərlə qarşılıqlı təsiri. Qatı sulfat turşusunun iştirakı ilə spirtlər hidrogen-halogenidlərlə alkilhalogenidlər əmələ gətirir:
Tətbiqi. Metil spirtindən həlledici kimi və müxtəlif üzvi sintezlərdə, məsələn, formaldehidin, boya və dərman maddələrinin alınmasında istifadə olunur.
Etil spirti sintetik kauçuk, plastik kütlə, ətir, dərman, lak və spirtli içkilərin istehsalında, həmçinin anatomik preparatların konservləşdirilməsində istifadə olunur. Ondan istifadə etməklə çoxlu sayda digər üzvi maddələr - dietil efiri, boya maddələri, sirkə turşusu, tüstüsüz bant və s. alınır. Etil spirtindən həmçinin təbabətdə dərinin dezinfeksiyasında, dəmləmələr və ya ekstraktlar hazırlanmasında istifadə edilir. Etil spirtinin benzinlə qanşığı daxiliyanma mühərriklərində yanacaq kimi işlədilir.
Texniki etil spirtini daxilə qəbul etməkdən çəkindirmək məqsədilə ona pis iyli və boyayıcı maddələr qatılır. Belə spirt denaturat adlanır.
Etanola aid anlayışlar xəritəsini tamalayın: 1. Əsas anlayışı ("Etanol") mərkəzdə qeyd edin. 2. Əsas anlayışla əlaqəsi olan anlayışları (məsələn, alınmasında istifadə olunan, ondan alınan praktik əhəmiyyətli maddələrin adları, sinifdaxili və siniflərarası izomerləri və s.) müəyyən edin. 3. Əsas anlayışla digər anlayışlar arasında əlaqəni oxlarla göstərin. 4. Oxlar üzərində əlaqəni aydınlaşdıran ifadələri qeyd edin. 5. Bir-biri ilə əlaqəsi olan digər anlayışları da xətlərlə birləşdirin.