Təchizat: kalium-dixromatın suda 5%-li məhlulu, 20%-li sulfat turşusu məhlulu, etil spirti, spirt lampası, sınaq şüşəsi. İşin gedişi: sınaq şüşəsində 2 ml 5%-li kalium-dixromatın suda məhlulunu, 2 ml 20%-li sulfat turşusunu və 1 ml etil spirtini qarışdırıb məhlulun rənginə diqqət yetirin. Sınaq şüşəsini məhlulun rəngi dəyişənə qədər qızdırın. Rəng dəyişdikdən sonra qızdırmanı dayandırın və ehtiyatla sınaq şüşəsindəkini iyləyin. |
Nəticəni müzakirə edin:
|
5. Doymuş birli və ikili spirtlərin oksidləşməsi. Biratomlu birli spirtlər zəif oksidləşdiricilərin təsiri ilə aldehidlər əmələ gətirir; məsələn, etanol mis(II) oksidlə qızdırıldıqda oksidləşərək sirkə aldehidinə çevrilir:
İkili spirtlər oksidləşərək ketonlara çevrilir:
Güclü oksidləşdiricilər (KMnO4, K2Cr2O7 və qatı sulfat turşusunun iştirakı ilə) etanolu sirkə turşusuna qədər oksidləşdirir.
Üçlü spirtlər mis(II) oksidin təsirindən oksidləşmir.
6. Yanma reaksiyası. Əksər üzvi maddələr kimi spirtlər də yanma reaksiyalarına daxil olur.
Etanol havada zəif göyümtül alovla yanır:
Spirtin yanma reaksiyasının CnH2n+2O + 3n
2 O2→ nCO2+(n+1)H2O tənliyinə
və
məsələnin şərtinə görə 3n
2+6;
Deməli, spirtin formulu C4H9OH-dır.