Ona görə də butanol-2-nin dehidratlaşması nəticəsində, əsasən, buten-2 alınır.
Temperatur 140°C-dən aşağı olduqda birli və ikili spirtlər molekullararası dehidratlaşmaya uğrayır və sadə efir əmələ gəlir:
İki müxtəlif spirtin (R1OH, R2OH) molekullararası dehidratlaşmasından 3 sadə efirin (R1-O-R1, R1-O-R2, R2-O-R2) qanşığı əmələ gəlir.
Sadə efirlərin ümumi formulu R1-O-R2-dir. R1 və R2 karbohidrogen radikalları eyni olduqda sadə efir simmetrik, fərqli olduqda isə qeyri-simmetrik və ya qarışıq efir adlanır; məsələn:
Sadə efirlərin molekullannda -OH qrupu olmadığından onlar öz molekullan arasında hidrogen rabitəsi əmələ gətirmir. Ona görə də sadə efirin qaynama temperaturu eyni sayda karbon atomu olan spirtin qaynama temperaturundan aşağıdır.
Sadə efirlər sudan yüngüldür və suda pis həll olur. Onlar üzvi maddələri yaxşı həll edir. Əksəriyyəti xoş iylidir.
Sadə efirlər reaksiya qabiliyyəti (onların asan alışma qabiliyyəti istisna olmaqla) nisbətən az olan maddələrdir.