Maddə polyar molekullardan ibarət olduğu halda onun molekullan arasında Van der Vaals qüvvələrinin bir komponenti olan dipol-dipol qarşılıqlı təsir güclənir ki, bu da maddənin qaynama temperaturuna təsir edir. Məsələn, etanın -89°C-də, eyni molyar kütləyə malik formaldehidin isə -21°C-də (yəni etandan 68°C daha yüksək temperaturda) qaynaması, əsasən, formaldehidin polyar molekulları arasında dipol-dipol qarşılıqlı təsirinin güclənməsi ilə əlaqədardır.
Nə üçün spirtlərdə ∠C-O-H bucağı tetraedrik bucağa yaxındır?
1. CH3CH2CH2CH2OH |
2. CH3CH2OH |
3.CH3OH |
4. CH3CH2CH2CH3 |
1.C4H10 |
2.H2O |
3. (CH3)2C=0 |
4. CH3OH |
5. C4H9OH |
3. Biratomlu doymuş spirt molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən elektronların ümumi sayının 22 olduğunu bilərək spirtin molekul formulunu tərtib edin və onun fiziki xassələrini metanolun xassələri ilə müqayisə edin.
4. Alkanol və alkan molekullarında o-rabitələrin iimumi sayım karbon atomlarının sayı (n) üə ifadə edin və alınmış ifadələri müqayisə edərək fərqi şərh edin.
5. Etanol molekulunun elektron formulunu tərtib edin, formulda C-O və O-H rabitə elektronlarının yerdəyişməsini göstərin və yerdəyişmələrin səbəbini izah edin.
6. Metanol və etanol molekullarına aid ifadələri sxemin müvafiq xanasında qeyd edin.