Fəaliyyət • |
Spirtlərin quruluşu və fiziki xassələri. Propan və etanolun fiziki
xassələrinin müqayisəsi
əsasında cədvəldə qoyulan suallara cavab verin.
|
C3Hs |
CH3CH2OH |
|
Nisbi molekul kütləsi | 44 | 46 |
Aqreqat halı (n.ş.) | qaz | maye |
Qaynama temperaturu (°C) | -42 | 78 |
Suda həll olması | həll olmur | yaxşı həll olur |
Hansı maddənin molekulları arasındakı cazibə qüvvələri daha böyükdür? (+) |
||
Hansı maddənin molekulları su molekulları ilə daha güclü cəzb olunur? (+) |
Müzakirə edin: |
|
Quruluşu. Alkanol molekulunda karbon atomları ilə yanaşı, oksigen atomu da sp3 hibrid halmdadır. Ona görə spirtlərdə, məsələn, metanol molekulunda ∠C-O-H valent bucağı (108,6°) (c) tetraedrik bucağa (109,5°) yaxındır.
Lakin karbon atomlarından fərqli olaraq oksigen atomunun dörd sp3 hibrid orbitalından yalnız ikisi rabitələrin əmələ gəlməsində iştirak edir, digər ikisində isə bölünməyən elektron cütləri yerləşir (a):
Spirt molekulunda O-H və O-C rabitələri polyar rabitələrdir. Hər iki rabitədə rabitə elektronları oksigen atomuna tərəf yerini dəyişir (b). O-H rabitəsində yerdəyişmə O-C rabitəsinə nəzərən daha çox olduğundan O-H rabitəsi nisbətən güclü polyar kovalent rabitədir. Bu rabitələrin polyarlığı həmçinin spirt molekullarının polyar olmasına da səbəb olur.
Metanol molekülünün elektron sıxlığı xəritəsində qismən mənfi yük (qırmızı sahə) oksigen atomu ətrafında, qismən müsbət yük isə (göy sahə) hidroksil qrupunun H atomu ətrafında yerləşmişdir.