L | Liflər - sap, iplik və toxuculuq məmulatları hazırlamaq üçün yararlı olan şaxəsiz quruluşlu polimerlər. |
M | Mürəkkəb efirlər - karbon (və oksigenli qeyri-üzvi) turşularının spirtlərlə qarşılıqlı təsirindən əmələ gələn üzvi maddələr. |
O | Oleatlar - olein turşusunun (C17H33COOH) duzları. |
P | Palmitatlar- palmitin (C15H31COOH) turşusunun duzları. Piroliz - havasız şəraitdə maddənin 700-1000°C-də qızdırılması prosesi. Plastik kütlələr - qızdırıldıqda aldığı formanı soyudulduqdan sonra da saxlayan polimerlər. Polikondensləşmə reaksiyaları - irimolekullu birləşmələrin və əlavə məhsul kimi kiçikmolekullu birləşmələrin, məsələn, suyun əmələ gəlməsi ilə gedən reaksiyalar. Polimer və ya irimolekullu birləşmələr - molekulları çoxlu sayda təkrarlanan atomlar qrupundan ibarət maddələr. Polimerləşmə dərəcəsi - makromolekulda quruluş vahidinin sayını göstərən ədəd. Polimerləşmə reaksiyaları - monomer molekullarının bir-biri ilə çox sayda birləşərək irimolekullu birləşmə əmələ gətirməsi reaksiyaları. |
S |
Spirtlər (doymuş) - alkan molekulunda bir və ya bir neçə H atomunun hidroksil (-OH)
qrupu ilə
əvəz olunmasından alınan üzvi birləşmələr. Stearatlar - stearin turşusunun (C17H35COOH) duzları. |
Ü | Üzvi kimya - kimyanın üzvi birləşmələrin tərkibini, quruluşunu, xassələrini və alınması üsullarını öyrənən bölməsi. |
Y | Yağlar - üçatomlu spirt olan qliserinlə birəsaslı (əsasən, ali) karbon turşularının mürəkkəb efirləri. |
Z | Zülallar (polipeptidlər) - α-aminturşu qalıqlarından ibarət üzvi birləşmələr. |