VI fəslə dair ümumi nəticələr
- Polimerlər-irimolekullu birləşmələrdir.
- Polimeri əmələ gətirən birləşmə monomer adlanır.
- Makromolekulda çoxlu sayda təkrarlanan eyni quruluşlu atomlar qrupuna quruluş vahidi
deyilir.
- Makromolekulda quruluş vahidinin sayı polimerləşmə dərəcəsi adlanır.
- Sellüloza, nişasta, təbii kauçuk, zülallar, nuklein turşuları - təbii polimerlərdir.
- Triasetilsellüloza, dinitrosellüloza, vulkanlaşdırılmış təbii kauçuk-süni polimerlərdir.
- Qlikogen, amilopektin, yüksək təzyiqli polietilen - şaxəli quruluşlu polimerlərdir.
- Amiloza, sellüloza, lavsan, kapron, təbii kauçuk -şaxəsiz quruluşlu polimerlərdir.
- Polietilen, polistirol, polivinilxlorid polimerləşmə reaksiyası üzrə, fenol-formaldehid
qatranı, zülallar, polisaxaridlər isə polikondensləşmə reaksiyası üzrə alınır.
- İki və daha çox növ monomerin iştiraki ilə baş verən polimerləşmə reaksiyası birgə
polimerləşmə reaksiyası adlanır.
- Polimerin stereomüntəzəmliyi-onun makromolekulunda yerləşmiş atomlar qrupunun fəzada müntəzəm
(nizamlı) şəkildə düzülüşüdür.
- Müntəzəm quruluşlu polimerlər qeyri-müntəzəm quruluşlu polimerlərə nisbətən böyük sıxlığa,
möhkəmliyə və yüksək ərimə temperaturuna malikdir.
- Plastik kütlələr - polimerlərdən hazırlanmış və qızdırıldıqda verilən formanı alaraq
soyudulduqdan sonra da həmin formanı saxlayan materiallardır.
- Termoplastik kütlələr ayrı-ayrı makromolekullardan təşkil olunmuşdur, termoreaktiv plastik
kütlələr isə fəza quruluşuna malik (tikilmiş, torvarı) polimerlərdir.
- Termoreaktiv plastik kütlələrə fenol-formaldehid qatranı, epoksid qatranları və rezin
aiddir.
- Termoreaktiv plastik kütlələr təkrar emal olunmur.
- Polimerin xassələri monomerin təbiətindən, polimerin quruluşundan, onun nisbi molekul
kütləsindən asılıdır.
- Polimerlər, əsasən, plastik kütlələr, kauçuklar və liflər şəklində tətbiq olunur.
- Kauçuklar- vulkanlaşdırıldıqda rezinə çevrilən elastik materiallardır.
- Liflər-sap, iplik və toxuculuq məmulatları hazırlamaq üçün yararlı olan şaxəsiz quruluşlu
polimerlərdir.