Hər bir fikri müzakirə etmək üçün iki qrup yaradılır. Qrupun biri fikrin lehinə, digəri isə əleyhinə olmaqla dərslikdə verilmiş dəlillərə əlavələrini edir. Hər qrup öz arqumentlərini növbə ilə səsləndirir, qarşı tərəf isə əks arqumentlərlə çıxış edir. Debat bitdikdən sonra bütün siniflə fikri təsdiq və ya inkar edən nəticə çıxarılır. Sonra növbəti fikir üzrə debat başlanır.
1. Plastik materiallardan hazırlanmış məhsulların istehsalını artırmaq lazımdır.
4. İnsanlar sintetik polimerlərdən hazırlanmış məhsulların istifadəsindən imtina etməlidir.