Lavsan
lifinin möhkəmliyi ondan kanatlar, transportyor lentləri,balıqçı torları, şin kordları (şinə möhkəmlik
və davamlılıq verən lif qatı) və s. hazırlamağa imkan verir. Lavsan lifi dielektrikdir və ona görə də
ondan elektroizolyasiyada istifadə olunur.
• Lifdə makromolekulların paralel şəkildə yerləşdirilməsi. Polimerlərdən lif almaq məqsədilə
müvafiq
polimer əridilmiş (və ya həlledicidə həll edilmiş) halda çoxlu sayda kiçik deşikləri olan filyerdən
keçirilir və soyudulur (və ya məhlulun həlledicisi buxarlandırılır). Alınmış lifə möhkəmlik vermək üçün
o qızdırılmış halda dartılır. Dartılma prosesində həm əyilmiş şəkildə olan makromolekullar düzəlir, həm
də müxtəlif istiqamətdə yönəlmiş makromolekullar eyni istiqamətə yönəlir. Nəticədə molekullararası
cazibə qüvvələri artır və lif daha möhkəm olur.
■
ÖYRƏNDİKLƏRİNİZİ TƏKMİLLƏŞDİRİN
■ REFLEKSİYA VƏ QİYMƏTLƏNDİRMƏ
■ I. Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.
• Süni və sintetik liflər ... liflər adlanır, çünki onların istehsalında ...
• Kapron lifinin poliamid liflərə aid olmasının səbəbi ...
• Lavsan lifi poliefir liflərinə aiddir, çünki ...
■ II. Suala cavab verməklə mövzu haqqında rəyinizi bildirin.
- Hansı məlumat sizin daha çox marağınıza səbəb oldu?
■ III. Tapşırıqları yerinə yetirin.
1. Təbii lifləri müəyyən edin.
1. pambıq |
2. lavsan |
3. ipək |
4. kətan |
5. yun |
2. Kimyəvi lifləri müəyyən edin.
1. asetat lifi |
2. kapron |
3. yun |
4. enant |
5. viskoz lifi |
3. Uyğunluğu müəyyən edin.
1. lavsan |
2. enant |
3. kapron |
4. neylon |
poliamid lifi______ |
poliefir lifi______ |
4. Uyğunluğu müəyyən edin.
1. viskoz lifi |
2. lavsan |
3. enant |
4. kapro |
5. asetat lifi |
sintetik lif______ |
süni lif_______ |
5. Liflərə aid fikirlərə münasibət büdirin. Cavabınızı əsaslandırın.
|
Bəli (+) |
Xeyr(-) |
Kapron lifi şaxəli quruluşa malikdir |
|
|
Kapron lifi bilavasitə 6-aminheksan turşusundan alınır |
|
|
Asetat və viskoz liflərin əsasım eyni polimer təşkil edir
|
|
|
Lavsanın alınmasında aromatik karbon turşusu iştirak edir |
|
|