Lakin sənayedə kapron kaprolaktam adlanan tsiklik birləşmənin polimerləşməsi üzrə alınır:
Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır.
Kapron lifinin çatışmayan cəhətləri - turşuların təsirindən hidrolizə uğraması və ondan hazırlanmış məmulatların istiyə davamlı olmamasıdır (tər.= 215°C).
Kapron lifindən toxunan məmulatlardan (köynək, süni xəz, xalça və s.) məişətdə geniş istifadə edilir. Kapron qatranı maşın və mexanizmlərin davamlı hissələrinin, həmçinin paraşüt, kanat və balıqçı torlarının hazırlanmasında tətbiq olunur.
Enant lifi ω-aminenant (7-aminheptan) turşusunun polikondensləşməsindən alınır:
Neylon lifi ikiəsaslı adipin turşusu ilə heksametilendiaminin birgə polikondensləşməsi ilə alınır:
Lavsan lifi etilenqlikol və aromatik ikiəsaslı tereftal (benzol-1,4-dikarbon) turşusunun birgə polikondensləşməsindən alınır:
Tərkibində lavsan lifi olan parçalar əzilmir və ona görə belə parçalar geniş tətbiq olunur.