Bu üsulla həmçinin təbii kauçukun quruluşu ilə analoji olan sintetik izopren kauçuku da alınmışdır (1b):
Müntəzəm quruluşlu sintetik izopren və divinil kauçukları öz xassələrinə görə təbii kauçuka yaxındır. Divinil kauçuku, həmçinin xlorpren (2) və butadien-stirol kauçukları (3) sürtünməyə davamlılığına görə hətta təbii kauçukdan üstündür.
Kauçukların çatışmayan cəhətləri (istinin təsirindən yumşalıb yapışması və soyudulduqda sərtləşib kövrəkləşməsi) onları rezinə çevirməklə aradan qaldırılır:
Rezin torvan quruluşa malik polimerdir. Ona görə də o, kauçukdan daha elastik və daha möhkəm, temperatur dəyişməsinə və həlledicilərin təsirinə qarşı daha davamlıdır (kauçukdan fərqli olaraq rezin benzində həll olmur, yalnız şişib qabarır).
Butadien-stirol kauçuku makromolekulunda (c) n sayda quruluş vahidinin olduğunu bilərək molekulda sp2 hibrid halında olan karbon atomlarının ümumi sayını hesablayın.
c-nin hər bir quruluş vahidində spesup hibrid halında karbon atomlarının sayının cəmi - benzol həlqəsində 6 ədəd, >CH=CH< fraqmentində isə 2 ədəd olduğuna görə 8 atom təşkil edir. Onda bir c makromolekulunun tərkibində 8⋅n sayda sp2 hibrid halında karbon atomu olar.
Təbii kauçuk makromolekulunda sp3 hibrid halında olan karbon atomlarının ümumi sayını müəyyən edin.