Sənayedə bəzi doymuş biratomlu spirtlər, məsələn, amil (pentil) spirtləri müvafiq alkilhalogenidə qələvilərin suda duru məhlulu ilə təsir etməklə alınır:
Amil spirtlərindən (C5H11OH) ətriyyat üçün lazım olan mürəkkəb efirlərin istehsalında, izoamil spirtindən (3-metilbutanol-l) isə, həmçinin süd məhsullarının yağlılığını təyin etmək üçün istifadə olunur.
Birli spirtləri aldehidlərin, ikili spirtləri isə ketonların hidrogenləşdirilməsindən (reduksiyasından) almaq olur:
Verilmiş şərtlər daxilində hansından daha çox gəlir əldə etmək olar: tərkibində 20% qlükoza olan 1 ton üzümün qıcqırdılmasından alınan spirtin satışından, yoxsa üzümün bilavasitə meyvə kimi satışından? Əlavə xərclər nəzərə alınmamalıdır.
ρspirt = 0,8 q/sm3
qəbul etməli
A) hidrogenləşmə | B) hidratlaşma | C) dehidratlaşma |
D) qıcqırma | E) hidroliz və qıcqırma |
a. C4H9OH |
b. CH3OC2H5 |
c. C2H5OC2H5 |
d. C4H8O |