Polimerlərin fiziki xassələri. Polimerlər böyük molekül kütləsinə malik olduqlarından onların makromolekulları arasında böyük cazibə qüvvələri təsir göstərir. Bunun nəticəsində polimerlər yüksək ərimə (parçalanma) temperaturuna, zəif hallolma qabiliyyətinə və yüksək mexaniki davamlılığa malik olur. Eyni bir polimerin müxtəlif makromolekullarında polimerləşmə dərəcəsi müxtəlif qiymət aldığından polimer sabit ərimə temperaturuna malik olmayıb müəyyən temperatur intervalmda əriyir.
Polimerin quruluşunun onun fiziki xassələrinə təsiri.
Şaxəsiz quruluşlu polimerlərin molekullan (a) bir-birinə sıx yerləşdiyindən onlar arasında cazibə qüvvələri böyük olur. Nəticədə şaxəsiz polimerin sıxlığı, möhkəmliyi və ərimə temperaturu müvafiq şaxəli quruluşlu polimerə nisbətən daha yüksək olur.
Eyni səbəbdən stereomüntəzəm quruluşlu polimerlər də (I və II) qeyri-müntəzəm quruluşlu polimerlərə (III) nisbətən böyük sıxlığa, möhkəmliyə və yüksək ərimə temperaturuna malik olur.
Şaxəsiz və şaxəli quruluşlu polimerlərdən (a, b) fərqli olaraq torvarı quruluşlu polimerlər (c) ərimir və həlledicilərdə həll olmur, çünki sonuncularda makromolekullar bir-birinə tikilmişdir.
Polimerlərin xassələri onların kristallaşma dərəcəsindən də asılıdır. Adətən, polimerin uzun makromolekulları nizamsız şəkildə yerləşir. Lakin müəyyən şəraitdə polimerdə makromolekulların
sayca bir hissəsi və ya makromolekulların bəzi hissələri fəzada nizamlı şəkildə də yerləşə bilir (d). Belə halda deyilir ki, polimer müəyyən kristallaşma dərəcəsinə malikdir.
Müəyyən kristallaşma dərəcəsinə malik polimer amorf quruluşlu eyni polimerə nisbətən daha yüksək ərimə temperaturuna və möhkəmliyə malik olur.