6.1. |
POLİMERLƏRİN QURULUŞU VƏ FİZİKİ XASSƏLƏRİ. PLASTİK KÜTLƏLƏR |
|
|
Fəaliyyyət • | Polimerlərin stereomüntəzəm quruluşu. Polipropilenin hansı makromolekullarında metil qrupları karbon zəncirinin müstəvisinə nəzərən qanunauyğun şəkildə yerləşmişdir? |
Polimerin stereo-müntəzəmliyi (fəza-müntəzəmliyi). Polimerin stereomüntəzəmliyi dedikdə onun makromolekulunda yerləşmiş atomlar qrupunun fəzada müntəzəm (nizamlı) şəkildə düzülüşü başa düşülür. Məsələn, propilenin polimerləşməsindən alına bilən və fəzada -CH3 qruplarının yerləşməsi ilə fərqlənən üç tip polipropilen molekulları mümkündür (I-III):
Əgər radikallar (burada: metil qrupları) əsas zəncirin karbon atomlarının yerləşdiyi müstəvinin bir tərəfində (I) və ya hər iki tərəfində (II) nizamlı şəkildə yerləşirsə, belə polimerlərə müntəzəm quruluşlu (müvafiq olaraq izotaktik və sindiotaktik) polimerlər deyilir.
Əgər radikallar bu müstəvinin alt və üst tərəflərində nizamsız şəkildə yerləşirsə (III), belə polimerlər qeyri-müntəzəm quruluşlu (ataktik) polimerlər adlanır.