- Aminlər - ammonyak molekulunda hidrogen atomlarının karbohidrogen radikalı ilə əvəz
olunmasından alınan birləşmələrdir.
RNH2, R1R2NH və
R1R2R3N tərkibli aminlər müvafiq olaraq birli, ikili və üçlü
amin
adlanır.
Metilamin (CH3NH2) doymuş amin, fenilamin
(C6H5NH2) isə aromatik amindir.
- Aminlərdə quruluş izomerliyi - karbohidrogen radikalının quruluşuna, amin qrupunun karbon
zəncirindəki yerinə və azot atomuna birləşmiş radikalların sayına görə meydana gəlir.
- Aminlər - üzvi əsaslardır.
- Aminlərin əsasi xassələri onların molekulunun azot atomunda bölünməyən elektron cütünün olması
ilə əlaqədardır.
- Alkilaminlər ammonyaka nəzərən daha qüvvətli əsasi xassələr göstərir.
- Molekulda alkil qrupunun sayı artdıqca aminin əsasi xassələri güclənir.
- Anilinin əsasi xassələri ammonyakdan zəifdir.
- Aromatik amində fenil qrupunun sayı artdıqca onun əsasi xassələri zəifləyir.
- Doymuş aminlər nitrobirləşmələrin hidrogenlə reduksiyası ilə alınır.
Nitrometan (CH3NO2) və 2,4,6-trinitrobenzol
[C6H3(NO2)3] nitrobirləşmələrdir.
- Doymuş aminlər turşularla alkilammonium duzlarını əmələ gətirir.
- Aminlərin duzlarına qələvi ilə təsir etdikdə onlar parçalanır və amin ayrılır.
Anilin molekulunda -NH2 və fenil qrupları bir-birinə təsir edir.
- Anilinin suda məhlulu qırmızı lakmus kağızının rəngini dəyişmir.
- Tərkibində həm amin və həm də karboksil qrupları olan üzvi birləşmələr aminturşular
adlanır.
α-aminturşularda -NH2 və-COOH qrupları eyni karbon atomuna
birləşmişdir.
- Aminturşular quruluş və fəza izomerliyinə malikdir.
- Zülalların hidrolizindən aminturşular alınır.
- Aminturşuların suda məhlulunda molekuldaxili neytrallaşma baş verir.
- Aminturşular daxili duz və ya bipolyar ion şəklində mövcuddur.
- Aminturşular üzvi amfoter birləşmələrdir.
- Aminturşuların polikondensləşməsi reaksiyası üzrə polipeptidlər əmələ gəlir.
- -CO-NH- qrupu peptid qrupu, bu qrupda karbon və azot arasındakı C-N rabitəsi isə peptid
rabitəsi adlanır.
- Zülal molekulunda aminturşu qalıqları bir-biri ilə peptid rabitəsi ilə birləşmişdir.
- Zülal molekulları ilkin, ikinci, üçüncü və dördüncü quruluşa malikdir.
- Zülalların ən mühüm xassəsi onların hidrolizidir.
- Zülalın ikinci və üçüncü quruluşunun dağılmasına denaturasiya deyilir.
- Zülalları xarakterik rəngli reaksiyalarına və güclü qızdırıldıqda yanmış lələk iyinin əmələ
gəlməsinə görə təyin edirlər.