Alınması. Zülallar insan, heyvan və bitki hüceyrələrində əmələ gəlir. Canlı orqanizmin hüceyrələrində aminturşulardan zülalların əmələ gəlməsi prosesinə biosintez deyilir. Biosintez nuklein turşularının iştirakı ilə baş verir.
Zülalların əhəmiyyəti və tətbiqi. Zülallar canlı orqanizmin əsas tərkib hissəsini təşkil edir. Onlar bitki və heyvan hüceyrələrinin protoplazması və nüvəsinin tərkibinə daxildir.
Zülallar canlı orqanizmin xarakterik əlamətlərini və funksiyalarını - boyatmanı, hərəkəti, hissiyyat orqanlarının fəaliyyətini, xəstəliklərin təbiətini, immuniteti və s.-ni tənzimləyir. Qidada zülalların çatışmazlığı orqanizmdə ciddi xəstəliklərə səbəb olur.
Hazırda bir çox zülali maddələr, məsələn, hormonlar və fermentlər mikroorqanizmlərin köməyi ilə biotexnoloji üsullarla alınır.
Sənayedə zülallardan təbii liflər (ipək, yun), dəri, plastik kütlələr və yapışqan şəklində istifadə edilir.
Zülalın hidroliz tənliklərini tərtib edin, x və y-i n ilə ifadə edin.