5. Zülalın quruluşuna aid cədvəli doldurun və cavablarınızı əsaslandırın.
|
Bəli (+) |
Xeyr(-) |
I quruluş zəncirdə aminturşu qalıqlarının düzülüş ardıcıllığıdır |
|
|
II quruluş duz körpücüyü vasitəsilə yaranır |
|
|
III quruluş spiralın yumaq şəklində dolanması kimi təssəvvür edilir
|
|
|
IV quruluş bütün zülallarda müşahidə olunur |
|
|
6. Hansı halda zülalın ilkin quruluşu dəyişər?
1. Zəncirdə aminturşu qalıqlarının ardıcıllığı dəyişdikdə
2. Zəncirdə aminturşu qalıqlarının sayı dəyişdikdə
3. Zülal denaturasiyaya uğradıqda
7. Zülal molekulunda tez-tez rast gəlinən 4 funksional qrupun formullarını yazın.
8. Nə üçün heyvan mənşəli zülallar bitki mənşəli zülallardan daha dəyərli zülal hesab edilir? Cavabınızı
əsaslandırın.
••• Dərsdən
SONRA
|
"Zülalların ikinci quruluşu" adlı təqdimat hazırlayın.
|
5.4.2. Xassələri və tətbiqi
• Keçdiklərinizi xatırlayın •
- Zülalların hidrolizi zamanı zülal molekulunda hansı rabitə qırılır?
- Zülalın rəngli reaksiyalarında onun hansı funksional qrupları iştirak edir?
İlk dəfə zülal 1728-ci ildə italyan alimi Y.B.Bekkari tərəfindən
buğda unundan alınmışdır. Zülalların xassələrinin öyrənilməsi nəticəsində müəyyən
edilmişdir ki, onlar yağlardan, karbohidratlardan və digər üzvi maddələrdən fərqli
olaraq "xüsusi xassəyə" malikdir. Bu səbəbdən zülallar ayrıca bioloji maddələr
sinfinə aid edilmişdir.
|
- "Xüsusi xassə" adı altında zülalların hansı xassəsi nəzərdə tutulurdu?
- Şəkildə göstərilənlə bu "xassənin" nə əlaqəsi var?
|
Fəaliyyyət • |
Zülalların bəzi xarakterik reaksiyaları.
|
Təchizat: mis kuporosu, qurğuşun(ll) asetat, qatı nitrat turşusu və zülal (yumurta ağının)
məhlulları,
üç sınaq şüşəsi, spirt lampası.
A) ZÜLALLARIN AĞIR METALLARIN DUZLARI İLƏ ÇÖKDÜRÜLMƏSİ
İşin gedişi: 2 sınaq şüşəsinin hər birinə 1-2 ml zülal məhlulu tökün və damcı-damcı onlardan
birinin
üzərinə mis kuporosunun, digərinin üzərinə isə qurğuşun(ll) asetatın məhlullarını çal- xalamaqla əlavə
edin və müşahidə aparın.