Reaksiya məhsulu iki aminturşu qalığından ibarət olduğundan dipeptid adlanır. Dipeptid karboksil və amin qruplanna malik olduğundan yenidən aminturşunun üçüncü, dördüncü və s. molekülü ilə reaksiyaya girə bilər. Reaksiyada iştirak edən aminturşu molekullarının sayından asılı olaraq reaksiya nəticəsində dipeptid, tripeptid, tetrapeptid, . . . polipeptid alınır; məsələn (A şərti olaraq aminturşunu, A' isə aminturşu qalığını göstərir):
Sonuncu reaksiya polikondensləşmə reaksiyası adlanır.
Tətbiqi. Canlı orqanizmlərdə zülallar aminturşulardan sintez olunur. İnsanlar və heyvanlar aminturşuları zülali qidalarla əldə edir. Aminturşulardan təbabətdə müalicə vasitəsi kimi (qlisin, histidin, triptofan, metionin), kənd təsərrüfatında heyvan yemlərinə əlavə kimi (lizin, metionin) istifadə edilir. Şaxəsiz quruluşa malik ε-aminkapron və ω-aminenant turşularından kapron və enant lifləri istehsal olunur.
a,b və c və aminturşularının üçünün də qarşılıqlı təsirindən alınması mümkün olan tripeptidlərin formullarını tərtib edin və tripeptidlərin nə üçün müxtəlif xassələrə malik olduğunun səbəbini izah edin.