Fiziki xassələri. Aminturşular - kristal quruluşlu, 250°C-dən yuxarı temperaturda parçalanmaqla əriyən,
suda yaxşı həll olan, rəngsiz maddələrdir. Onların suda məhlulları elektrik cərəyanını keçirir.
Aminturşulann bir çoxunun dadı şirindir.
Kimyəvi xassələri
A
İndikatorlara təsiri. Molekullarında amin və karboksil qruplarının sayı bərabər olan aminturşuların
suda
məhlullan
neytral olur və indikatorlara təsir etmir.
Zəif turşu xassəli və zəif əsəsi xassəli aminturşular
Aminturşu molekulunda -COOH qrupunun sayı çox olduqda mühit zəif turşu xassəli
(A),
amin qrupunun sayı
çox olduqda
(B) mühit zəif əsasi xassəli olur, məsələn:
B
Turşu xassələri. Aminturşular karbon turşuları kimi fəal metallarla, əsasi oksidlərlə, əsaslarla,
zəif
turşuların duzları ilə və spirtlərlə qarşılıqlı təsirdə olur:
C
Əsasi xassələri. Molekullarında əsasi xassəli amin qrupu olduğundan aminturşular qüvvətli mineral turşularla
qarşılıqlı təsirdə olub duz əmələ gətirir:
Beləliklə, aminturşular - üzvi amfoter birləşmələrdir.
D
Peptid rabitəsinin əmələ gəlməsi. Molekullannda əsasi və turşu funksional qruplannm olması
nəticəsində
aminturşular həmçinin öz aralannda birinin -COOH, digərinin -NH
2 qruplarının iştirakı ilə reaksiyaya daxil
olur; məsələn:
Reaksiya nəticəsində əmələ gələn -CO-NH- atomlar qmpu peptid və ya amid qrupu, karbon və
azot atomları
arasındakı rabitə isə peptid (amid) rabitəsi adlanır.