həmçinin karbon turşularının halogenli törəmələrinə ammonyakın təsirindən və digər üsullarla da alınır:
Quruluşu. Molekullannda əsasi (-NH2) və turşu (-COOH) xassəli funksional qruplarının olması səbəbindən aminturşular həm əsasi, həm də turşu xassəsi göstərir, yəni onlar üzvi amfoter birləşmələrdir. Onların suda məhlulunda molekuldaxili neytrallaşma reaksiyası baş verir. Karboksil qrupunun H+ ionu amin qrupuna birləşərək daxili duz (bipolyar ion, svitter ion) əmələ gətirir:
Aminturşuların bu quruluşu bərk halda da mövcuddur. Aminturşular məhlulda və bərk halda molekul şəklində mövcud deyil. Aminturşuların bipolyar (ikiqütblü) quruluşu onların bir çox fiziki və kimyəvi xassələrini izah edir.
β-aminpropion turşusunun daxili duz şəklində formulunu yazın, turşunun mümkün izomerlərinin quruluş formullarını tərtib edin və turşuları Beynəlxalq üsulla adlandırın.
1. ammonyakın | 2. aminlərin | 3. karbon turşularının |
1. zülal | 2. monofunksional birləşmə | 3. amfoter xassəli birləşmə |