Zəncirdə karbon atomlarının rəqəmlə nömrələnməsi karboksil qrupunun karbon atomundan başlanır:
Səmərəli adlandırmada amin qrupunun zəncirdəki yeri yunan hərfi (α, β, γ və s.) ilə göstərilir. Bu halda karbon atomlarının işarələnməsi -COOH qrupuna birləşmiş karbon atomundan başlanır:
İzomerliyi. Aminturşular üçün iki cür izomerlik - quruluş və fəza izomerliyi (stereoizomerlik) xarakterikdir. Quruluş izomerliyi karbohidrogen zəncirinin quruluşu ilə ( A, A' ) və -COOH qrupuna nəzərən amin qrupunun zəncirdəki yeri ilə ( B, B' ) əlaqədardır; məsələn: