Aminturşular orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Məsələn, zülallar şəklində qəbul edilmiş aminturşuların əksəriyyəti əzələ hüceyrələrinin qurulmasına sərf olunur. |
|
Aminturşular - molekullannda həm amin (-NH2), həm də karboksil (-COOH) qrupları olan üzvi birləşmələrdir.
Aminturşulara karbon turşularının karbohidrogen radikalında hidrogen atomunun əsasi xassəli -NH2 qrupu ilə əvəz olunmuş törəmələri kimi baxılır; məsələn:
CH3-COOH |
H2N-CH2-COOH |
Təbii zülalların hidrolizindən, əsasən, 20 aminturşu alınmışdır. Təbii aminturşuların tərkibində amin və karboksil qrupları eyni karbon atomuna birləşmişdir. Belə aminturşular α-aminturşular adlanır, α-aminturşuların ümumi formulu belədir:
Bir sıra aminturşular isə kimya laboratoriyalarında sintez olunmuşdur. Onlar sintetik aminturşu adlanır.
Təbii zülalları əmələ gətirən 20 α-aminturşunun təxminən yarısı əvəz edilə bilməyən aminturşular adlanır, çünki onlar insan orqanizmində sintez olunmur (məsələn, valin, leysin və s.). Bu səbəbdən onlar orqanizmə yalnız qida vasitəsilə qəbul edilməlidir. Orqanizmdə maddələr mübadiləsi nəticəsində sintez olunan aminturşular isə əvəz edilə bilən aminturşular adlanır (məsələn, qlisin, alanin və s.).
Adlandırılması. Aminturşulan Beynəlxalq nomenklatura ilə adlandırmaq üçün müvafiq karbon turşusunun adının əvvəlinə “amin” sözü əlavə edilir və turşunun seçilmiş karbon zəncirində amin qrupunun yeri rəqəmlə göstərilir.