2) həlqənin 2,4,6-vəziyyətlərində yerləşmiş karbon atomlarına birləşmiş H atomlarının bromla əvəz olunması benzola nəzərən asanlaşır.
Kimyəvi xassələri
I. Əsasi xassələri (anilin molekulunda fenil qrupunun -NH2 qrupuna təsiri). Anilinin ammonyaka nəzərən əsasi xassəsinin zəifləməsi nəticəsində o, alkilaminlərdən və ammonyakdan fərqli olaraq suda məhlulda bənövşəyi lakmusun rəngini dəyişmir, lakin qüvvətli turşularla duzlar əmələ gətirir:
Bu duzlara qələvi ilə təsir etdikdə anilin sərbəst halda ayrılır:
II. Benzol nüvəsinin reaksiyaları (anilin molekulunda -NH2 qrupunun fenil qrupuna təsiri). Anilin molekulunda amin qrupunun benzol həlqəsinə təsiri nəticəsində həlqənin 2,4,6-vəziyyətlərində yerləşmiş karbon atomlarına birləşmiş hidrogen atomlarının əvəz olunması asanlaşır. Məsələn, anilin benzoldan fərqli olaraq asanlıqla (qızdırmadan və katalizatorsuz) nəinki bromla, hətta bromlu su ilə də qarşılıqlı təsirdə olub 2,4,6-tribromanilinin ağ çöküntüsünü əmələ gətirir:
Benzol isə bromlu su ilə reaksiyaya girmir. Benzoldan fərqli olaraq anilin həmçinin havanın oksigeni və digər oksidləşdiricilərlə oksidləşərək müxtəlifrəngli maddələr, məsələn, boya kimi istifadə olunan “qara anilin” əmələ gətirir.
Tətbiqi. Anilindən anilin boyalarının, dərman maddələrinin (ağ streptosid, sulfademizin, novokain və s.), anilin-formaldehid qatranlarının və s.-nin alınmasında ilkin xammal kimi istifadə edilir.
Təyini. Anilinin təyini onun xlorlu əhəngin təsirindən bənövşəyi rəng almasına əsaslanır.
Anilin molekulunda kimyəvi rabitələrin sayını və tipini (σ-, π-) cədvəldə qeyd edin.
C-H | C-C | C-N | N-H | |
Sayı | ||||
Tipi |