Fəaliyyyət • | Anilin molekulunda atom qruplarının bir-biri ilə qarşılıqlı təsiri. Anilin, benzol və ammonyaka aid reaksiyaların sxemlərini nəzərdən keçirin və cədvəldə qoyulan suallara cavab verin. |
Sual | Cavab |
Hansı sxemlər-NH2 qrupunun benzol həlqəsinə təsirini əks etdirir? |
|
Hansı sxemlər fenil qrupunun -NH2 qrupuna təsirini əks etdirir? |
Müzakirə edin:
|
|
Alınması. Anilin, əsasən, nitrobenzolun reduksiyasından alınır. Bu reaksiyanı tarixdə ilk dəfə N.Zinin aparmış və reduksiyaedici kimi ammonium-sulfiddən istifadə etmişdir:
Hazırda anilin sənayedə nitrobenzolu dəmir yonqarının xlorid turşusu ilə qarşılıqlı təsirindən əmələ gələn atomar hidrogenlə və katalizator iştirakmda molekulyar hidrogenlə reduksiya etməklə alınır:
Anilini xlorbenzolun ammonyakla qarşılıqlı təsirindən də almaq olar:
Fiziki xassələri. Anilin - xarakterik iyli, rəngsiz, sudan ağır, yağabənzər zəhərli mayedir. O, suda az, spirt, efir və benzolda isə yaxşı həll olur; havada qismən oksidləşərək rəngi tündləşir (qaralır).
Quruluşu. Anilinin elektron quruluşu sxemdə verilmişdir. Sxemdən görünür ki azot atomundakı
bölünməyən elektron cütü benzol həlqəsinin π-elektron sistemi istiqamətində yerini dəyişir. Bu yerdəyişmə anilinin kimyəvi xassələrində öz əksini tapır:
1) azot atomunda elektron sıxlığı azaldığı üçün anilinin əsasi xassəsi ammonyaka nəzərən zəifləyir;