3. Reaksiyaların sxemlərini tamamlayın.
4. Dimetilammonium-hidroksid və trimetilammonium-nitratın formullarını göstərin.
5. Kütləsi 11,8 q olan doymuş birli aminin yanma məhsulları qatı qələvi məhlulundan keçirildikdən sonra
qalan qazın həcmi (n.ş.) 2,24
l olmuşdur. Aminin formulunu müəyyən edin.
6. Aminlərə aid fikirlərə münasibət büdirin və cavablarınızı əsaslandırın.
|
Bəli (+) |
Xeyr(-) |
Alkilaminlərin suda məhlulu indikatora təsir edir. |
|
|
Etilaminin suda məhlulunda H+ ionunun qatılığı saf suda olan H+
ionunun qatdığından çoxdur.
|
|
|
Alkilammonium duzlan qeyri-elektrolitlərdir.
|
|
|
Metilammonium kationunda azot atomu donor atomdur. |
|
|
7. Nə üçün aminlər turşularla birləşmə reaksiyasına daxil olur?
8. Aşağıdakıların qrafik formullarını tərtib edin.
1. dimetiletilammonium-hidroksid
3. metilfenilammonium-bromid
|
2. dimetilammonium-yodid |
••• Dərsdən
SONRA
|
"Amirilərin duzları - dərman preparatlarıdır" mövzusunda elektron
təqdimat hazırlayın.
|
5.2.4. Anilin
• Keçdiklərinizi xatırlayın •
- Fenol bromlu su və nitrat turşusu ilə hansı birləşmələr əmələ gətirir?
- Anilinlə fenolun kimyəvi xassələrində əsas fərq nədən ibarətdir?
Anilin bəzi aminlər kimi çox zəhərli maddədir. O, dəridən qana sorulmaqla hemoqlobinin
funksiyasını pozur. Onun miqdarı çox olduqda və ya uzun müddət təsir etdikdə hətta ölümlə
nəticələnə bilir.
Odur ki dəriyə anilin töküldükdə o, dərhal spirtlə isladılmış pambıqla təmizlənməlidir.
|
-
Sizcə, anilinin təmizlənməsində nə üçün su ilə deyil, spirtlə isladılmış pambıqdan
istifadə olunur?
|
Anilin [C6H5NH2 (aminbenzol, fenilamin)] aromatik aminlərin ən
sadə
nümayəndəsidir (ərəb, an-nil- tünd-göy).