Alkilammonium duzları suda dissosiasiya edir, qələvi ilə təsir etdikdə onlar parçalanır və amin ayrılır:
Ammonyakdan fərqli olaraq aminlər havada yanır:
Öyrən
Aminlərin kimyəvi xassələri
Sxemləri tamamlayın və reaksiyaların üzvi məhsullarını adlandırın:
Tətbiq et
Trimetilaminlə hidrogen-yodidin reaksiyasının tənliyini tərtib edin və alınan maddəni adlandırın.
Tətbiqi. Doymuş aminlərdən üzvi əsas, inhibitor, flotoreagent və ekstragent kimi, həmçinin bəzi
dərman
preparatlarının, sintetik liflərin (neylon lifinin) alınmasında istifadə olunur.
■
ÖYRƏNDİKLƏRİNİZİ TƏKMİLLƏŞDİRİN
■ REFLEKSİYA VƏ QİYMƏTLƏNDİRMƏ
■ I. Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.
• Alkilaminlər suda məhlulda lakmusu ..., çünki ... əmələ gəlir.
• Aminlər turşularla qarşılıqlı təsirdə olduqda aminin azot atomu ... hesabına ... özünə birləşdirir.
■ II. Suala cavab verməklə mövzu haqqında rəyinizi bildirin.
- Hansı məlumat sizin daha çox marağınızı çəkdi?
■ III. Tapşırıqları yerinə yetirin.
1. Aminlə hansı reaksiya baş verməz?