Fenil qrupu elektroakseptor xassəli radikal olduğundan anilin (C6H5NH2) molekülünün azot atomunda elektron sıxlığı ammonyaka nəzərən azalır. Nəticədə anilinin əsasi xassələri də ammonyaka nəzərən zəifləyir. Aromatik amində fenil qrupunun sayı artdıqca aminin əsasi xassələri zəifləyir.
Maddələri onların əsasi xassələrinin artması sırası üzrə düzün.
(CH3)2NH |
NH3 |
CH3NH2 |
Alkil (metil) qrupu elektrodonor xassəli olduğundan verilən maddələrin əsasi xassələri NH3 —> CH3NH2 —> (CH3)2NH sırası üzrə ardıcıl olaraq artır.
Etilamin, ammonyak, anilin C6H5-NH2 və difenilamini C6H5-NH-C6H5 onların əsasi xassələrinin azalması ardıcıllığı üzrə düzün.
Fiziki xassələri. Doymuş aminlərin ilk nümayəndələri (metilamin, dimetilamin, trimetilamin) - ammonyak iyli qazlar, orta üzvləri xarab olmuş balıq iyi verən mayelər, ali aminlər (n≥12) isə iysiz bərk maddələrdir. Suda məhlulda amin molekulları su molekulları ilə hidrogen rabitəsi əmələ gətirir. Ona görə də aminlər təxminən eyni nisbi molekul kütləli karbohidrogenlərə nəzərən suda yaxşı həll olur. Nisbi molekul kütlələri artdıqca aminlərin suda həll olması azalır.
Alkilaminlərdə molekullararası hidrogen rabitəsiBirli və ikili aminlər polyar N-H rabitəyə malikdir. Ona görə də onların molekulları öz aralarında N-H...N tipli hidrogen rabitəsi əmələ gətirir.
Lakin N-H...N hidrogen rabitəsi O-H...O hidrogen rabitəsindən zəifdir. Ona görə də metilamin təxminən eyni nisbi molekul kütləsinə malik metanoldan daha aşağı temperaturda qaynayır.
Maddə | Mr |
t qay,°C |
Hidrogen rabitəsi |
CH3NH2 |
31,0 | -6,3 | N-H...N |
CH3OH |
32,0 | 65 | O-H...O |
Metilamin molekulu ilə su molekulu arasında, eləcə də metilamin molekullarının öz aralarında yaranan hidrogen rabitəsinin sxemlərini tərtib edin.