|
|
Fəaliyyyət • | Alkilamin və ammonyak molekullarının elektron quruluşları. Dimetilamin, |
1 | 2 | 3 | |
Azot atomunun hibrid halı | |||
Azot atomunda bölünməyən elektron cütünün sayı | |||
Bölünməyən elektron cütünün yerləşdiyi orbitalın tipi | |||
Tərkibində elektrodonor xassəli radikal olan maddə (+) |
Alınması. Doymuş aminlər, əsasən, nitroalkanlann hidrogenlə reduksiyası ilə almır:
Alkilaminlər həmçinin ammonyakın spirtlə və ya alkilhalogenidlə qarşılıqlı təsirindən də alınır:
Aminlərin elektron quruluşu. Amin molekulunda ammonyakda olduğu kimi azot atomu sp3 hibrid haldadır və azot atomunun bölünməyən elektron cütü bu orbitalda yerləşir (a).Bu səbəbdən
alkilaminlər ammonyak kimi əsasi xassələrə malikdir. Başqa sözlə, aminlər - üzvi əsaslardır. Hidrogen atomuna nəzərən alkil qrupu elektrodonor xassəli olduğundan alkilamin molekulunun azot atomunda elektron sıxlığı ammonyaka nəzərən artır. Ona görə də alkilaminlər ammonyaka nəzərən daha qüvvətli əsasi xassələr göstərir. Alkilaminlərdə alkil qrupunun sayı artdıqca aminin əsasi xassələri güclənir.