Nitrobirləşmələrin mühüm kimyəvi xassələrindən biri onları hidrogenlə reduksiya etdikdə aminlərə
çevrilməsi reaksiyasıdır:
Nitrobirləşmələr kimya sənayesində aminlərin, aldehidlərin, karbon turşularının alınmasında istifadə
olunur. Nitrobirləşmələrdən polinitrobirləşmələr, məsələn, 2,4,6-trinitrotoluol partlayıcı maddə kimi
istifadə edilir.
■
ÖYRƏNDİKLƏRİNİZİ TƏKMİLLƏŞDİRİN
■ I. Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.
• Aromatik karbohidrogenlərin nitrolaşması ... təsiri ilə baş verir.
• C
6H
5NO
2 tərkibli birləşmənin aromatik nitrobirləşmələrə aid olmasının səbəbi ...
• 2,4,6-trinitrotoluol trinitrobirləşmələrə aiddir, çünki ...
■ II. Suala cavab verməklə mövzu haqqında rəyinizi bildirin.
- Mövzu ilə bağlı nələri öyrəndiniz?
- Növbəti dərslərdə nəyə daha çox fikir verərdiniz?
■ III. Tapşırıqları yerinə yetirin.
1. Hansı birləşmələr mononitrobirləşmələrdir?
1. 1-nitropentan |
2. nitroqliserin |
3. nitrobenzol |
4. 2,4,6-trinitrotoluol |
2. Hansı sxemlər üzrə nitroalkan əmələ gəlir?
3. 0,5 mol benzolün nitrolaşmasmdan neçə qram nitrobenzol alınar? Reaksiyanın çıxımı 80%
təşkil edir.
Mr(nitrobenzol) = 123.
4. 1,3-dinitrobenzol və para-nitrotoluolun quruluş formullarını yazın.
5. 2-nitropropanın hidrogenlə reduksiyası reaksiyasınm tənliyini tərtib edin.
6. 2-nitrobutanm karbohidrogen radikalının quruluşuna görə izomerinin formulunu yazın və onu Beynəlxalq
nomenkiatura üə adlandırın.
7. Reaksiya şəraitini göstərməklə asetilendən 2,4,6-trinitrotoluolun alınması reaksiyalarının
tənliklərini tərtib edin.
8. Kalium-nitritin təsiri ilə ikili butilxloriddən müvafiq nitrobirləşmənin alınması reaksiyasının
tənliyini yazın və nitrobirləşməni beynəlxalq üsulla adlandırın.
••• Dərsdən
SONRA
|
- Benzol və toluolun nitrolaşma reaksiyalarının tənliklərini tərtib edin.
- Reaksiya məhsullarının tərkibinə görə hansı reaksiyanın daha asan baş verdiyini və bunun
səbəbini izah edin.
|