IV fəslə dair ümumi nəticələr
- Karbohidratların əksəriyyəti Cn(H2O)m ümumi formula malik təbii polimerlərdir.
- Karbohidratlar monosaxaridlərə, disaxaridlərə və polisaxaridlərə bölünür.
- Monosaxaridlər - hidrolizə uğramayan karbohidratlardır.
- Disaxaridlər - hidroliz nəticəsində 1 molekuldan 2 monosaxarid molekulu əmələ gətirən
karbohidratlardır.
- Polisaxaridlər - hidroliz nəticəsində 1 molekuldan çoxlu sayda monosaxarid molekulları əmələ
gətirən karbohidratlardır.
- Maddənin adındakı "-oza" sonluğu onun karbohidratlara aid olduğunu göstərir.
- Fruktoza və qalaktoza qlükozanın izomerləridir.
- Qlükoza molekulu məhlulda həm beşatomlu aldehidspirt, həm də α və β-tsiklik formalarda
mövcuddur.
- Qlükozanın α və β-formalarının bir-birinə çevrilməsi hadisəsi tautomerlik, α və β- formaları
isə tautomerlər adlanır.
- Qlükoza kristal halında α-tsiklik formada olur.
- Qlükoza gümüş(l) oksidlə və ya zəif qızdırıldıqda mis(ll) hidroksidlə də qlükon turşusuna
oksidləşir.
- Qlükoza qələvi mühitdə mis(ll) hidroksidlə mis(ll) saxaratın parlaq göy rəngli məhlulunu əmələ
gətirir.
- Qlükoza şəraitdən asılı olaraq etil spirtinə, yağ turşusuna və süd turşusuna qıcqırır.
- Fruktoza beşatomlu ketonspirtdir; o, gümüş(l) oksidin və mis(ll) hidroksidin təsirindən
oksidləşmir.
- Saxaroza molekulunda α-qlükoza və β-fruktozanın qalıqları bir-biri ilə qlikozid rabitəsi ilə
birləşmişdir.
- Saxaroza "gümüş-güzgü" reaksiyası üzrə, eləcə də mis(ll) hidroksidlə oksidləşmir.
- Maltoza, laktoza, həmçinin qlükoza, riboza və dezoksiriboza reduksiyaedici xassəli karbohidratlardır.
- Nişasta, sellüloza və qlikogen - polisaxaridlərdir.
- Nişasta - α-qlükoza qalıqlarından, sellüloza isə β-qlükoza qalıqlarından təşkil olunmuş təbii
biopolimerdir.
- Nişasta makromolekulları şaxəsiz və şaxəli quruluşda olur.
- Şaxəsiz quruluşda olan nişasta makromolekulları amiloza, şaxəli quruluşda olan - amilopektin
adlanır.
- Nişasta isti suda nişasta yapışqanı əmələ gətirir.
- Nişasta molekulyar yodun təsirindən göy rəngə boyanır.
- Sellüloza şaxəsiz quruluşlu biopolimerdir.
- Sellüloza mis(II) hidroksidin ammonyaklı suda məhlulunda yaxşı həll olur.
- Sellülozanın mürəkkəb efirləri geniş tətbiq olunur.