İzomerliyi. Doymuş biratomlu spirtlər üçün sinifdaxili və siniflərarası quruluş izomerliyi mövcuddur. Sinifdaxili quruluş izomerliyi iki səbəbdən - karbon zəncirinin quruluşuna və —OH qrupunun karbon zəncirindəki yerinə görə yaranır.
Sinifdaxili quruluş izomerliyi propanoldan başlanır. Propanolda izomerlik yalnız -OH qrupunun zəncirdəki yerinə görə yaranır:
Doymuş biratomlu spirtlər və sadə efirlər eyni CnH2n+2O formuluna malik olduğundan onlar arasında siniflərarası izomerlik mövcuddur; məsələn, etil spirti ilə dimetil efiri siniflərarası izomerlerdir: