Makromolekulunun hər bir C6H10O5 quruluş halqasında üç -OH qrupunun olduğunu nəzərə alsaq, sellülozanın formulunu aşağıdakı kimi də yazmaq olar:
Mr(kətan lifi) ≈ 6 000 000, Mr(pambıq lifi) ≈ 1,7 000 000.
Sellülozanm canlı orqanizmlərdə hidrolizi β-qlikosidaz enziminin iştiraki ilə baş verir. Bu enzim yalnız gövşəyən heyvanların həzm sistemində olduğundan sellüloza insan və digər gövşəməyən heyvanlar tərəfindən həzm olunmur.
İnsan orqanizmi yalnız nişasta və qlikogen polisaxaridlərini həzm edə bilir.
Fiziki xassələri. Sellüloza ağ, bərk maddədir, suda və adi üzvi həlledicilərdə (spirtdə, efirdə, asetonda) həll olmur. Sellülozanın həll olmamasının, həmçinin sellüloza lifinin mexaniki möhkəmliyinin səbəbi onun şaxəsiz quruluşlu makromolekulları arasında çoxlu sayda hidrogen rabitəsinin yaranması ilə əlaqədardır.
Lakin sellüloza mis(II) hidroksidin ammonyaklı suda məhlulunda - Şveytser reaktivində yaxşı həll olur.
Kimyəvi xassələri və tətbiqi. Sellüloza duru turşularla qızdırıldıqda hidrolizə uğrayaraq qlükozaya çevrilir:
Sellülozanın hidrolizi də mərhələli gedir. Sellüloza qatı sulfat turşusunun iştirakı ilə qatı nitrat turşusu ilə mürəkkəb efirlər - mono, di və trinitrosellüloza əmələ gətirir:
Trinitrosellüloza qüvvətli partlayıcı maddə kimi və tüstüsüz barıtın hazırlanmasında istifadə olunur. Texnikada sellülozanın trinitratı əsasında alınan məhsul piroksilin, dinitratı əsasında alınan məhsul isə kolloksilin adlanır.