Fəaliyyyət • | Sellülozanın quruluşu və xassələri. Sellüloza və nişastanın quruluş halqaları
əsasında cədvəli doldurun.
|
Sellüloza | Nişasta | |
Tərkibində qlükoza qalığının növü (α/β) | ||
Qida maddəsi kimi istifadə olunur (+/-) | ||
Soyuq suda həll olması (+/-) | ||
Liflər əmələ gətirməsi (+/-) | ||
Yalnız şaxəsiz makromolekullardan ibarət olması (+/-) |
||
Quruluş halqasında -OH qrupunun sayını göstərməklə molekul formulu |
Sellüloza [(C6H10O5)n] nişastaya nisbətən daha geniş yayılmış karbohidratdır. O, bütün bitki hüceyrələrinin qılaflanm təşkil edir: oduncaqda 50%-ə qədər, pambıq lifində və süzgəc kağızında isə 98%-ə qədər sellüloza olur.
Alınması. Sellüloza pambıqdan, oduncaqdan, qamışdan və s.-dən ayrılır. Oduncaqdan o, əsasən, sulfit üsulu ilə ayrılır: xırdalanmış oduncaq təzyiq altında qələvi mühitdə kalsium-hidrosulfit Ca(HSO3)2 məhlulu ilə qızdırılır. Bu zaman sellülozadan başqa, oduncaqda olan digər maddələr məhlula keçir. Məhlul süzülür və ayrılmış sellüloza qurudulur.
Quruluşu. Sellüloza nişasta kimi (C6H10O5)n tərkibli təbii polimerdir. Lakin onlar arasında bir neçə fərq var. Belə ki, sellülozanın orta nisbi molekul kütləsi nişastanın molekul kütləsindən böyük olub bir neçə milyona çatır. Nişastadan fərqli olaraq sellülozanın makromolekulları yalnız şaxəsiz (xətti) quruluşa malikdir. Məhz buna görə sellülozanın makromolekulları bir istiqamətdə yerləşərək liflər (kətan, pambıq və s.) əmələ gətirir (a).
Nəhayət, sellülozanın makromolekulu nişastanm makromolekulu kimi α-qlükoza qalıqlarından deyil, β-qlükoza qalıqlarından təşkil olunmuşdur.
Deyilənləri nəzərə alaraq sellüloza makromolekulunun əmələ gəlməsini belə göstərmək olar:
(b) β-qlükozanın polikondensləşməsi ilə sellülozanın alınmasıSellüloza molekülünün şaxəsiz quruluşu və β-qlükozanın qalıqlarından ibarət olması iki polisaxaridin xassələrində böyük fərqə səbəb olur: nişasta insan üçün qida maddəsidir, sellüloza isə bu məqsəd üçün yaramır.