Qlükozanın bir hissəsi orqanizm tərəfindən mənimsənilir, artığı isə qlikogenə (heyvan mənşəli nişasta) çevrilib qaraciyərdə ehtiyat şəklində toplanır.
Nişastadan qənnadı məmulatı istehsalında istifadə edilən dekstrin, patka (dekstrinlərin qlükoza ilə qarışığı) və qlükozanın, həmçinin etil spirtinin alınmasında istifadə olunur. Ondan parçaları nişastalamaq üçün və yapışqan kimi istifadə edilir. Nişastadan təbabətdə tibbi məlhəmlər, həb və dərman kapsullarının hazırlanmasında, həmçinin kağız və poliqrafiya sənayesində də geniş istifadə olunur.
• QlikogenBitkilərin ehtiyat polisaxaridi olan nişastadan fərqli olaraq qlikogen (e) heyvan və
insan orqanizminin ehtiyat polisaxarididir. Qlikogen tərkibcə nişasta ilə eynidir: (C6H10O5)n. Lakin qlikogenin makromolekulları daha böyük nisbi molekul kütləsinə malikdir və şaxəli quruluşda olur.
Normal inkişaf etmiş insan bədənində 350 q-a qədər qlikogen əzələ və qaraciyərdə, demək olar ki, bərabər şəkildə paylanmışdır. Orqanizmin qlükozaya ehtiyacı yarandıqda yenidən hidrolizə uğrayaraq qlükoza əmələ gətirir.
Sxemləri verilmiş reaksiyanı adlandırın, suyun əmsalını nəzərə alaraq hər iki sxemi tamamlayın və bu reaksiyanın təbiətdə əhəmiyyəti haqqında fikirlərinizi bildirin.
1. fotosintez hadisəsi 4. ekzotermik proses |
2. katalitik proses 5. dəm qazı |
3. polikondensləşmə reaksiyası 6. su 7. karbon(IV) oksid |
1. kartof | 2. buğda | 3. pambıq | 4. düyü | 5. oduncaq |