Maltoza (səməni şəkəri) nişastanın hidrolizi zamanı alınan aralıq məhsullardan biridir. Maltoza molekülü iki α-qlükoza qalığından ibarət olduğu üçün hidrolize uğradıqda iki qlükoza molekuluna çevrilir:
Laktoza (süd şəkəri) ana südündə 5-8%, inək südündə 4—6% olur. Laktoza hidrolize uğradıqda qlükoza və qalaktoza əmələ gəlir:
Maltoza və laktoza molekullarının hər birinin 1 monosaxarid qalığında qlikozid -OH qrupu olduğundan onlar saxarozadan fərqli olaraq məhlulda aldehid formaya çevrilə bilir və sonda aldehid qrupunun oksidləşməsi nəticəsində müvafiq turşu əmələ gəlir. Ona görə də maltoza və laktoza disaxaridləri qlükoza, riboza və dezoksiriboza kimi reduksiyaedici xassəli karbohidratlara aiddir.
Tətbiqi. Saxarozadan, əsasən, qida maddəsi kimi və qənnadı sənayesində istifadə olunur. Hidroliz reaksiyası ilə ondan süni bal alınır.
Nə üçün saxaroza disaxaridi maltoza və laktozadan fərqli olaraq reduksiyaedici xassəli karbohidratlara aid deyil?
1. disaxariddir 3. karbohidratdır |
2. çuğundur şəkəri adlanır 4. monosaxaridlərin dimerləşmə məhsuludur |