|
|
Fəaliyyyət • | Disaxaridlərin quruluşu. Disaxaridlərin tərkibini əks etdirən cədvələ əsasən disaxaridlərin hidroliz tənliklərini tərtib edin. |
Saxaroza, maltoza və laktoza molekullannda iki monosaxarid qalığı bir-biri ilə qlikozid rabitəsi ilə birləşmişdir.
Təbiətdə yayılması. Saxaroza (C12H22O11), əsasən, şəkər çuğundurunun (12-20%) və şəkər qamışının (14-26%) tərkibində olur. Ona görə də onu çuğundur şəkəri və ya qamış şəkəri adlandırırlar. Saxaroza həmçinin bir çox meyvə və tərəvəzlərin tərkibinə daxildir.
Alınması. Sənayedə saxaroza şəkər qamışmdan və şəkər çuğundurundan ayrılır. Bunun üçün çuğundur xırda doğranılır və üzərinə qaynar su əlavə edilib qarışdırılır. Bu zaman çuğundurun tərkibindəki saxaroza həll olaraq məhlula keçir. Alınmış məhlula şəkərlə yanaşı, müxtəlif üzvi turşular, zülallar və boya maddələri də keçir. Kənar qatışıqları çökdürmək üçün məhlul əhəng südü [(Ca(OH)2] ilə işlənilir. Bu prosesdə saxaroza da kalsium-hidroksidlə C12H22O11⋅CaO⋅2H2O tərkibli, suda həll olan kalsium-saxarat əmələ gətirir (1). Məhluldakı kalsium-hidroksidin artığını və kalsium-saxaratın tərkibindəki kalsiumu çökdürmək üçün məhlula karbon-dioksid buraxılır (2,3):