Dezoksiribozanın molekulunda 2-ci karbon atomunda -OH qrupunun əvəzinə hidrogen atomu yerləşir. Bu səbəbdən dezoksiribozanın tərkibi (C5H10O4) karbohidratların Cn(H2O)m ümumi formuluna uyğun gəlmir.
Riboza ilə dezoksiriboza çoxatomlu aldehidspirt olduqlarından “gümüş-güzgü” reaksiyası üzrə və təzə çökdürülmüş mis(II) hidroksidlə oksidləşir, hidrogenlə reduksiya olunur, mis(II) hidroksidlə həmçinin parlaq göy rəngli saxaratlar, karbon turşuları ilə mürəkkəb efirlər əmələ gətirir.
Ribozanın hidrogenlə reduksiyasından beşatomlu spirt - ribit, oksidləşməsindən isə ribon turşusu alınır:
Riboza ribonuklein turşularının (RNT), dezoksiriboza isə dezoksiribonuklein turşularının (DNT) tərkibinə daxildir. Nuklein turşularının tərkibində riboza və dezoksiriboza β-tsiklik formada olur:
Fruktozanın ketonspirt formasının tsiklik formaya çevrilməsi hadisəsini izah edin.