Fruktoza (C2H12O6: meyvə şəkəri) qlükozanın izomeri olub onunla birlikdə şirin meyvələrdə və balda olur. O, saxarozadan 1,5 dəfə, qlükozadan isə 3 dəfə şirindir. Balın çox şirin olması onun tərkibində fruktozanın varlığı ilə bağlıdır.
Aldehidspirt olan qlükozadan fərqli olaraq fruktoza beşatomlu ketonspirtdir.
Fruktoza da məhlulda tsiklik a və β-formaları şəklində mövcuddur:
Çoxatomlu spirt kimi o, fəal metallarla, əsaslarla [Cu(OH)2, Ca(OH)2 və s.] alkoqolyat tipli saxaratlar, oksigenli turşularla isə mürəkkəb efirlər əmələ gətirir. Qlükozadan fərqli olaraq fruktoza tərkibində aldehid qrupu olmadığından gümüş(I) oksidin və mis(II) hidroksidin təsirindən oksidləşmir.
Qlükozanın digər izomeri qalaktoza adlanır. Qalaktoza yalnız 4-cü karbon atomu (4C) ilə birləşmiş hidrogen atomu və -OH qrupunun fəzada müxtəlif cür yerləşməsi ilə qlükozadan fərqlənir:
Riboza (C5H10O5) və dezoksiriboza (C5H10O4) pentozaların nümayəndələridir. Hər ikisi həm aldehidspirt, həm də tsiklik formada olur. Aldehidspirt formada riboza dördatomlu, dezoksiriboza isə üçatomlu aldehidspirtdir: