Qlükozanın xüsusi xassələri
Qlükoza fermentlərin təsirindən spirtə (a), yağ turşusuna (b) və süd turşusuna (c) qıcqırır:
Tətbiqi. Qlükoza asan mənimsənilən mühüm qida maddəsidir. Ona görə də təbabətdə qlükozadan qanın konservləşdirilməsində, həmçinin orqanizmi möhkəmləndirən müalicə vasitəsi kimi istifadə olunur. O, toxuculuq sənayesində parçalara bəzək vurulmasında, qənnadı sənayesində, həmçinin C vitamininin (askorbin turşusunun) alınmasında istifadə olunur. Praktikada qlükozanı qıcqırtmaqla etil spirti alınır (a).
CnH2nOn tərkibli və molyar kütləsi 180 q/mol olan üzvi birləşmənin məhlulda "gümüş-güzgü" reaksiyasına daxil olduğunu nəzərə alaraq onun aldehidspirt formasında birli və ikili spirt qruplarının hər birinin sayını müəyyən edin.
1. karbon turşularının | 2. aldehidlərin | 3. ketonların | 4. spirtlərin |
1. mis(II) hidroksid | 2. hidrogen | 3. qlükoza | 4. natrium metalı |
3. Qlükozanın qıcqırması zamanı 67,2 litr (n.ş.) karbon-dioksid ayrıldığını bilərək alınmış etil spirtinin kütləsini (q) hesablayın. Mr(C2H5OH) = 46.
4. Sorbitin və qlükon turşusunun əmələ gəlməsi ilə baş verən reaksiyaların sxemlərini tamamlayın və bu maddələrin üzvi birləşmələrin hansı sinfinə aid olduğunu müəyyən edin.