Orqanizmdə qlükozanm mərhələli oksidləşməsi nəticəsində canlıların həyat fəaliyyəti üçün lazım olan enerji ayrılır:
Qlükozanın hidroksil qruplarının reaksiyaları
Qlükozanın fəal metallarla qarşılıqlı təsirindən alkoqolyat tipli saxaratlar əmələ gəlir ki, bu da onun molekulunda -OH qrupunun olduğunu göstərir:
Mis(II) hidroksid qlükoza ilə mis(II) saxaratm parlaq göy rəngli məhlulunu əmələ gətirir ki, bu da qlükoza molekulunda bir neçə -OH qrupunun olduğunu təsdiq edir:
Qlükozanm sirkə anhidridi (və ya sirkə turşusu) ilə qarşılıqlı təsirindən mürəkkəb efir - pentaasetilqlükozanın alınması onun molekulunda 5 -OH qrupunun olduğunu göstərir:
Tsiklik formalarda 1C karbon atomu ilə birləşmiş-OH qrupunun H atomu digər 4-OH qrupunun H atomlarından daha mütəhərrikdir; məsələn, qlükoza spirtlərlə yalnız bu -OH qrupunun iştirakı ilə reaksiyaya daxil olub sadə efirlərə oxşar maddələr - qlikozidlər əmələ gətirir: