|
|
Fəaliyyyət • | Qlükozanın molekül quruluşu və kimyəvi xassələri. Qlükozanın molekül quruluşunu nəzərə alaraq onun kimyəvi xassələri haqqında fikirlərinizi bildirin. |
Qlükoza | Bəli (+) | Xeyr(-) |
Mis(ll) hidroksidlə parlaq göy rəngli məhlul əmələ gətirir. | ||
"Gümüş-güzgü" reaksiyasına daxil olur. | ||
Qızdırdıqda Cu(OH)2 ilə qırmızı rəngli çöküntü əmələ gətirir. | ||
Hidrogenlə reduksiya olunduqda spirt əmələ gətirir. |
Qlükozanın redaksiyası. Katalizatorun iştirakı ilə qlükoza hidrogenlə reduksiya olunaraq altıatomlu spirt - sorbit əmələ gətirir:
Qlükozanın oksidləşməsi. Qlükoza gümüş(I) oksidlə, zəif qızdırıldıqda isə təzə çökdürülmüş mis(II) hidroksidlə oksidləşərək qlükon turşusuna çevrilir. Hər iki reaksiya qlükoza molekulunda aldehid qrupunun olduğunu təsdiqləyir:
Bu reaksiyalarda karbohidrat oksidləşdiricini reduksiya etdiyindən belə karbohidratlar reduksiyaedici şəkərlər adlanır.